• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyanın məhkəməsi başlayır

  • 19 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və daha 3 şəxsin cinayət işinə paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə baxılacaq. Novator.az-ın məlumatına görə, ilk məhkəmə iclası fevralın 25-nə təyin olunub.

Xüsusi İstintaq Xidmətinin irəli sürdüyü, Baş Prokurorluğun təsdiqlədiyi ittihama əsasən, Serj Sərkisyan prezident vəzifəsini tutarkən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup şəxsin kənd təsərrüfatı işləri üçün dizel yanacağını şişirdilmiş qiymətə almasını, 489,1 milyon dram (1 milyon dollardan çox) dövlət vəsaitini ələ keçirməsini təşkil edib.

Ötən ilin dekabr ayında Xüsusi İstintaq Xidməti Serj Sərkisyanın ölkədən çıxmasını yasaqlayıb, onun və cinayət işində adı keçən digər şəxslərin əmlakına həbs tətbiq edib.

Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.

2008 və 2013-cü illərdə prezident seçilib.

2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.

Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.

“Basta”nın arxivi dağıdılıb

  • 19 Fevral 2020
  • comments

Azərbaycan səyahət üçün təhlükəsizlik reytinqində

  • 19 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda