• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Statistikadan çıxan nəticələr

  • 18 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

İqtisadçı Rövşən Ağayev bəzi statistik hesabatlara diqqət yönəldib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində Dövlət Statistika Komitəsinin dayanıqlı inkişaf məqsədləri ilə bağlı hesabatına toxunaraq yazır: “2010-2018-ci illərdə 5 yaşadək qız uşaqları arasında ölüm əmsalı 15%-dək azalsa da, eyni yaşda oğlan uşaqları üzrə ölüm əmsalının səviyyəsi demək olar dəyişməyib. 2010-cu ildə bu yaş kateqoriyasından qız uşaqları üzrə ölüm əmsalı oğlanlara nisbətən 6% aşağı idisə, 2018-ci ildə bu fərq az qala 20%-ə çatıb.

Amma bu statistikada çox kontrastlı bir məqam var – 2018-ci ildə şəhər yerlərində 5 yaşadək uşaqlar arasında ölüm əmsalı kəndlərlə müqayisədə 2 dəfə yüksək olub. Səhiyyənin keyfiyyətinin şəhərlərdə daha yüksək olduğu nəzərə alınsa, bu məlumatda nəyinsə yerində olmadığı aşkar görünür.

5 yaşadək uşaq ölümü əmsalının ən yüksək olduğu iqtisadi rayon kimi Abşeron göstərilir – hər 1000 nəfərə 18,3. Ən aşağı göstərici isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb – hər 1000 nəfərə 3,6. Fərqin 5 dəfə olması nələrinsə yerində olmadığını, araşdırma aparmağı tələb edir.

Başqa diqqətçəkən bir məlumat uşaqların erkən ölüm əmsalı ilə bağlıdır. Statistikadan belə görünür ki, ölkə miqyasında ötən 8 il ərzində ilk 7 günlük uşaqlar üzrə ölüm əmsalı 10%-ə qədər azalsa da, 28 günlük uşaqlar üzrə 2 dəfəyədək artıb. Həyatının ilk 28 günündə ölən uşaqların sayı hər 10000 diri doğum üzrə 2010-cu ildə 7 nəfər təşkil edirdisə, 2018-ci ildə 13 nəfərə yüksəlib. Səhiyyə mütəxəssisləri, müvafiq səlahiyyətli qurumlarla medianın müzakirə aça biləcəyi rəqəmlərdir.

Başqa bir statistikaya da nəzər salaq. MDB-nin statistika qurumu üzv dövlətlərdə dayanıqlı inkişafa dair müqayisəli hesabat açıqlayıb. Azərbaycan məlumatı açıqlanan ölkələr arasında 15-19 yaşlı gənc qızlar arasında doğuşa görə 1-ci yerdədir. Ölkədə 15-19 yaşlı hər 10000 nəfər qadına düşən doğuşların sayı 2018-ci ildə 442 olub. Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 239 və 359 göstəricisi ilə ilk üçlükdə yer alırlar.

Ukraynanı saymasaq, 10 MDB üzvündən 8-i üzrə məlumat əlçatandır. Ən aşağı göstərici Belarus, Rusiya və Ermənistandadır (hər 10000 nəfər 15-19 yaşlı qadına 116-189 arası). Bizim göstərici bu 3 ölkədən çox yüksəkdir. Bu fakt qızların təhsildən yayındırılmasının və onların yüksək təhsil karyerası qurması ilə perspektivlərinin qiymətləndirilməsi baxımından vacib göstəricidir”.

Maliyyə yoxlamalarında nələr üzə çıxıb?

  • 18 Fevral 2020
  • comments

1900 həndəvərində

  • 18 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Gender
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda