• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sensasiya yoxdur. Əvvəllər də olmayıb

  • 14 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Fevralın 9-u ölkədə Milli Məclisə növbədənkənar parlament seçkisi keçirilib.

Seçki 125 dairədə olub, onların bir çoxunun nəticəsindən Mərkəzi Seçki Komissiyasına şikayətlər verilib.

Fevralın 13-də şikayətlərə baxan Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrini ləğv edib. Komissiya belə qərara gəlib ki, həmin dairələrdəki qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir.

Daha bir neçə dairədə nəticələrin ləğv ediləcəyi ehtimal olunur.

Kütləvi informasiya vasitələri, sosial şəbəkələr belə təqdim edir, yoxsa həqiqətən cəmiyyət belə düşünür – bunu dəqiq demək çətindir, amma 4 dairədə nəticələrin ləğvi sanki sensasiya imiş və bu proses, onun ardınca gələcək təkrar seçkilər (qanuna görə, nəticələri ləğv edilən dairələrdə təkrar seçki keçirilməlidir) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verəcəkmiş…

Parlament seçkisində hansısa dairədə nəticələrin ləğv olunması doğrudanmı görünməmiş hadisədir? Həmin dairələrdə keçiriləcək təkrar seçkilər doğrudanmı seçicilərin iradəsinin müəyyənləşməsi ilə yekunlaşacaq?

Novator.az tarixə, uzaq tarixə yox, elə 21-ci əsrdəki tariximizə nəzər yetirməyi təklif edir, onda parlament seçkisi zamanı daha çox seçki dairəsində nəticələrin ləğv olunduğunu görmək mümkündür.

9 fevral seçkisi bu əsrdə Azərbaycanda keçirilmiş beşinci parlament seçkisidir. Əvvəlkilər 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də olub.

2000-ci ildə 11 dairədə parlament seçkisinin nəticələri ləğv edilib. 2001-ci ildə həmin dairələrdə təkrar seçkilər keçirilib.

2005-ci ilin parlament seçkisində 10 dairə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. 2006-cı ildə həmin dairələrdə təkrar seçkilər olub.

2015-ci ildə 1 dairədə səsvermənin nəticəsi ləğv olunub və 2016-cı ildə həmin dairədə təkrar seçki keçirilib.

Ayrı-ayrı dairələrdə səsvermənin nəticələrinin ləğv edilməsi və yenidən seçki keçirilməsi Milli Məclisin seçicilərin iradəsi ilə formalaşdırılmasına gətirib çıxarıbmı?

Cavab bəllidir. Elə 21-ci əsrdəki tariximizə nəzər yetirmək kifayətdir.

Sensasiya yoxdur. Əvvəllər olmayıb, indi niyə olsun?

Təkrar seçki: qayda və tarix

  • 14 Fevral 2020
  • comments

Seçkinin dərsləri

  • 14 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda