• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Aslanov məhkəmənin açıq keçirilməsini istəyir

  • 14 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Fevralın 10-dan Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Polad Aslanovun cinayət işi üzrə məhkəmə baxışı start götürüb.

Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həmin vaxt yaydığı açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.

Polad Aslanov bu ittihamı qəbul etmir. Onun müdafiəçiləri indiyədək bir neçə dəfə bəyan ediblər ki, jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür.

2019-cu ilin sonuna yaxın Polad Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə əlavə ittiham da irəli sürülüb. Yeni ittihama görə, Polad Aslanov saytlardan birinin əməkdaşını hədələyib.

Fevralın 12-də Polad Aslanovun xanımı Gülmira Aslanovanın yaydığı məlumata görə, jurnalist ombusdman Səbinə Əliyevaya və Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.

Müraciətində Polad Aslanov dövlətə xəyanət ittihamını rədd edib, qanunu pozmadığını və əməlində cinayət tərkibi olmadığını vurğulayıb.

Polad Aslanov onun məhkəmə prosesinin qapalı keçirilməsini də əsassız sayıb və qeyd edib ki, fevralın 10-da keçirilən qapalı məhkəmə prosesində əslində heç bir dövlət sirrindən söhbət getməyib. O, məhkəmənin açıq keçirilməsini tələb edib.

Qəza statistikası

  • 14 Fevral 2020
  • comments

Mitinq üçün yeni ünvanlar göstərilib

  • 14 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda