• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İtki sayı 1500-ü haqlayır

  • 14 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Çində koronavirus xəstəliyindən ölənlərin sayı 1483 nəfərə çatıb. Novator.az bildirir ki, rəsmi məlumat fevralın 14-də yayılıb.

Pnevmoniyanın bir növü olan xəstəliyə başqa ölkələrdə 500-dən çox şəxsin tutulduğu xəbər verilir. Honkonq və Filippinin hər birində 1 nəfər koronavirus qurbanı olub.

Xəstəlik 2019-cu ilin dekabr ayında üzə çıxıb.

Azərbaycanın Nazirlər Kabineti sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi; Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması; xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi barədə qərarlar qəbul edib.

Qida Təhlükəsizliyi Agentliyi quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə yüksək riskli məhsulların siyahısını hazırlayıb. Siyahıya müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), zoopark quşları, vəhşi və ov quşları, inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri, isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.

İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Valyutaların istiqaməti

  • 14 Fevral 2020
  • comments

Cəhənnəmdən keçmiş mələk (150)

  • 14 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda