• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prokurorluq Mustafanın döyülməsini araşdırır

  • 13 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Binəqədi Rayon Prokurorluğu “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəylinin döyülməsi ilə bağlı araşdırmaya başlayıb.

Fevralın 11-i axşam Bakıda, Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya keçirilib. Aksiyada 9 fevral parlament seçkisinin rəsmi nəticələrinə etiraz bildirilib. Polis aksiyaya müdaxilə edib. Bir neçə nəfər xəsarət alıb. Aksiya dağıdılarkən tutulan Mustafa Hacıbəyli fevralın 12-də bəyan edib ki, onu xüsusi təyinatlı polis maşınının içində üç nəfər amansızlıqla döyüb: “Üzümə yumruq-təpik vurdular. Ağzım-burnum qan içində təxminən yarım saat maşında saxladılar. Sonra MSK-nın binasına apardılar ki, üzünün qanını yu. Oradan Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə, sonra idarənin özünə, oradan da narkoloji dispanserə apardılar. Sonra yenə idarəyə qaytardılar. Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar”.

Başından, çənəsindən, sol gözündən xəsarətlər alan Mustafa Hacıbəyli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. Fevralın 13-də o, vəkil Nemət Kərimli ilə birgə Binəqədi Rayon Prokurorluğunda müstəntiqə izahat verib, daha sonra xəsarətlərinin müəyyən olunması üçün tibbi ekspertizadan keçib.

1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi əlilidir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytını 2015-ci ildə yaradıb.

Azərbaycan iki gəncə görə 72 min avro cərimələndi

  • 13 Fevral 2020
  • comments

9 saylı dairədə 7 namizəd rəsmi nəticəni tanımır

  • 13 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda