• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aksiyada xəsarət alan jurnalistin açıqlaması

  • 13 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fevralın 11-i axşam Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya dağıdılarkən xəsarət alan jurnalistlərdən biri də Sevinc Vaqifqızıdır.

Aksiyanın əsas təşəbbüsçüsü 10 saylı Binəqədi dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova olub, ona başqa namizədlər və fəallar da qoşulub. Onlar parlament seçkisinin rəsmi nəticələrinə etiraz bildiriblər. Polis aksiyaya müdaxilə edib, bir neçə nəfər, o cümlədən jurnalistlər xəsarət alıb.

Fevralın 13-ü Novator.az saytına açıqlamasında Sevinc Vaqifqızı deyib: “Polislər etirazçıları tutub avtobusa doldurmuşdular. Başqa jurnalistlərlə birgə avtobusa yaxınlaşıb polislərin aksiyaçıları hansı bölməyə aparacaqlarını öyrənmək istədik. Qabağımızı kəsdilər. Bildirdik ki, jurnalistik, etirazçı deyilik. Amma polislər buna məhəl qoymadılar. Bir nəfər məni tutub avtobusun içinə atdı. Qalan jurnalistləri də bu formada avtobusa doldurdular.

Sonra başladılar bizi təhqir etməyə. Deyirdilər nə qədər ki, biz varıq, siz bu hökumətə heç nə edə bilməzsiniz. Soruşduq biz bu hökumətə neyləmək istəyirik ki? Dedilər siz İsa Qəmbərin tərəfdarısınız. Dedik heç kimin tərəfdarı deyilik, partiya mənsubiyyətimiz yoxdur, biz jurnalistik. Amma qulaqardına vurdular, əl-qol atmağa başladılar. Polislərdən biri gözümün altından vurdu. Aygün Rəşidi də belə vurdular.

Bir başqa polis məndən telefonumu tələb etdi. Bildirdim ki, bura taksiylə gəlmişəm, bütün əşyalarım taksidədir. Doğrudan da telefonum üstümdə deyildi. Amma polis inanmadı, dedi telefonu harada gizlətmisənsə çıxart və qolumu burmağa başladı. Burdu-burdu, beləcə bir neçə dəqiqə saxladı. Ağrıdan çığırmağa başladım. Digər polislər onun üstünə tökülüşdülər ki, qolumu buraxsın. Əlim əzildi, o axşam və ertəsi gün qolum çox pis ağrıdı.

11-i axşam Kliniki Tibbi Mərkəzdə qoluma yüngülvarı sarğı qoydular. Rentgen elətdirmək istəsəm də, etmədilər. Həkim məsləhət gördü ki, evdə gözümün altına buz qoyum, göyərməsin. Səhəri gözümün altı qıpqırmızı olmuşdu”.

Jurnalist baş verənlərlə bağlı prokurorluq və daxili işlər orqanlarına şikayət edəcəyini vurğulayıb: “Zorakılıq etmiş şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb olunmasını tələb edəcəm”.

Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini...

  • 13 Fevral 2020
  • comments

Uşaq əməyini istismar edən ölkələr

  • 13 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda