• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü

  • 12 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

9 fevral parlament seçkisində 19 saylı Nərimanov seçki dairəsindən deputatlığa namizəd olan doqquz nəfər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və baş prokuror Zakir Qaralova birgə şikayət ərizəsi ilə müraciət edib.

Novator.az-ın məlumatına görə, ərizəni Müsavat Partiyasının üzvü İsa Qəmbər, Böyük Quruluş Partiyasının üzvü Şəmsəddin Allahverdiyev və bitərəflər Ləman Cəfərzadə, Anar Umudov, Vəliyəddin Quliyev, Sakit Məmmədov, Azər Məmmədli, Nicat Gözəlov, Kənan Məmmədov imzalayıblar.

Ərizədə bildirilir ki, 19 saylı dairədə seçki total şəkildə saxtalaşdırılıb.

Ərizəni imzalayan namizədlər ümumilikdə 14 min 294 səsin saxtalaşdırıldığını vurğulayırlar. Onlar həmin səslərin etibarsız hesab olunmasını, 19 saylı dairədə səsvermənin nəticələrinin ləğv edilməsini, qanunsuzluq törətmiş Mərkəzi Seçki Komissiyası, 19 saylı Dairə Seçki Komissiyası üzvlərinin və dairədəki məntəqə seçki komissiyalarına üzv olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 19 saylı dairədə seçkini hakim Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Baba oğlu Məmmədov udur.

Rəsmi məlumata görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.

Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.

Yanvarın turist hesabatı

  • 12 Fevral 2020
  • comments

MSK yenidən formalaşacaq

  • 12 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda