• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktor qanını MSK-da yuyub

  • 12 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Basta” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəyli döyülüb. O, başından, çənəsindən, xüsusilə sol gözündən xəsarətlər alıb.

Hadisə fevralın 11-i axşam Bakıda baş verib. Həmin gün Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya keçirilib. Polis aksiyanı dağıdarkən Mustafa Hacıbəylini də tutub.

Novator.az-ın məlumatına görə, Mustafa Hacıbəyli “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazır ki, onu xüsusi təyinatlı polis maşınının içində üç nəfər amansızlıqla döyüb: “Üzümə yumruq-təpik vurdular. Ağzım-burnum qan içində təxminən yarım saat maşında saxladılar. Sonra MSK-nın binasına apardılar ki, üzünün qanını yu. Oradan Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə, sonra idarənin özünə, oradan da narkoloji dispanserə apardılar. Sonra yenə idarəyə qaytardılar. Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar. Üzüm-başım şişib, eynəyimi də sındırıblar”.

Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiyanın əsas təşəbbüsçüsü 10 saylı Binəqədi dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova olub, ona başqa namizədlər və fəallar da qoşulub. Onlar parlament seçkisinin rəsmi nəticələrinə etiraz bildiriblər. Polis aksiyaya müdaxilə edib. Mustafa Hacıbəylidən başqa müsavatçı Ərzulla Buludov, Rəbiyyə Məmmədova, jurnalist Sevinc Abbasova və daha bir neçə şəxs xəsarət alıb.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.

Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.

1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi əlilidir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytını 2015-ci ildə yaradıb.

Müsavat Divanının üzvüdür.

Kürdəmirdə açılışlar

  • 12 Fevral 2020
  • comments

11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?

  • 12 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda