• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə Cahangir Hacıyevin cəzasından 3 ay kəsdi

  • 11 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bakı Apellyasiya Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə və keçmiş deputat Dünyamin Xəlilovun şikayətləri üzrə qərar çıxarıb.

2015-ci ilin dekabr ayında həbs olunan Cahangir Hacıyev əvvəlcə 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib.

Qeyd olunub ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurublar.

Cahangir Hacıyevin həyat yoldaşı, Londonda yaşayan Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində həbs qətimkan tədbiri seçilən Zamirə Hacıyeva axtarışa verilib.

2019-cu il sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə və başqalarına yeni hökm oxuyub. Cahangir Hacıyevə əvvəlki cəzası ilə birlikdə 16 il 6 ay, Dünyamin Xəlilova əvvəlki cəzası ilə birlikdə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

İsmayıl Hidayətzadə 5 il 6 aylıq cəza alıb, digər 18 nəfərə şərti cəza verilib.

İttihama görə, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alğı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində müqavilələr bağlanaraq qanunsuz veksel əməliyyatları aparılıb.

Cahangir Hacıyevin göstərişləri əsasında çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsəndiyi bildirilir.

Mənimsəmənin ümumi məbləği 4,7 milyard manat göstərilib.

Cahangir Hacıyevin Dünyamin Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayındığı vurğulanır.

Hökmdən narazı qalan Cahangir Hacıyev, İsmayıl Hidayətzadə və Dünyamin Xəlilov Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. APA-nın 11 fevral məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cüzi dəyişdirib. Cahangir Hacıyevin 16 il 6 aylıq həbs cəzası 3 ay azaldılıb, digər cəzalar isə qüvvədə qalıb.

Avropa 9 fevral seçkisinə nə deyir?

  • 11 Fevral 2020
  • comments

Valyutaların yönü

  • 11 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda