125 lider namizəd
- 10 Fevral 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Mərkəzi Seçki Komissiyası fevralın 9-da 125 dairə üzrə keçirilmiş parlament seçkisində önə çıxan şəxslərin adlarını dərc edib.
Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının 72 namizədi öz dairələrində liderdir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır:
1 saylı Şərur-Sədərək dairəsi – Vasif Talıbov (Yeni Azərbaycan Partiyası – YAP)
2 saylı Şərur dairəsi – İsa Həbibbəyli (YAP)
3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi – Səttar Möhbalıyev (partiyasız)
4 saylı Naxçıvan şəhər dairəsi – Eldar İbrahimov (YAP)
5 saylı Şahbuz-Babək dairəsi – Siyavuş Novruzov (YAP)
6 saylı Culfa-Babək dairəsi – Ülviyyə Həmzəyeva (YAP)
7 saylı Ordubad-Culfa dairəsi – Cəbi Quliyev (YAP)
8 saylı Binəqədi dairəsi – Azay Quliyev (partiyasız)
9 saylı Binəqədi dairəsi – Kamaləddin Qafarov (YAP)
10 saylı Binəqədi dairəsi – Madər Musayev (partiyasız)
11 saylı Qaradağ dairəsi – Aydın Hüseynov (YAP)
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi – Səbinə Xasayeva (YAP)
13 saylı Xəzər-Pirallahı dairəsi – Rauf Əliyev (YAP)
14 saylı Xəzər dairəsi – Soltan Məmmədov (partiyasız)
15 saylı Yasamal dairəsi – Ülvi Quliyev (partiyasız)
16 saylı Yasamal dairəsi – Erkin Qədirli (REAL Partiya)
17 saylı Yasamal dairəsi – Elnur Allahverdiyev (YAP)
18 saylı Nərimanov-Nizami dairəsi – Rasim Musabəyov (partiyasız)
19 saylı Nərimanov dairəsi – Hikmət Babaoğlu (YAP)
20 saylı Nərimanov dairəsi – Adil Əliyev (partiyasız)
21 saylı Nəsimi dairəsi – Məlahət İbrahimqızı (YAP)
22 saylı Nəsimi dairəsi – Asim Mollazadə (Demokratik İslahatlar Partiyası)
23 saylı Nəsimi-Səbail dairəsi – Ziyad Səmədzadə (partiyasız)
24 saylı Nizami dairəsi – Könül Nurullayeva (partiyasız)
25 saylı Nizami dairəsi – Sədaqət Vəliyeva (YAP)
26 saylı Sabunçu dairəsi – Fazil Mustafa (Böyük Quruluş Partiyası)
27 saylı Sabunçu dairəsi – Əliabbas Salahzadə (YAP)
28 saylı Sabunçu dairəsi – Eldar Quliyev (partiyasız)
29 saylı Səbail dairəsi – Nigar Arpadarai (partiyasız)
30 saylı Suraxanı dairəsi – Sevinc Fətəliyeva (YAP)
31 saylı Suraxanı dairəsi – Etibar Əliyev (partiyasız)
32 saylı Suraxanı dairəsi – Afət Həsənova (YAP)
33 saylı Xətai dairəsi – Hüseynbala Mirələmov (YAP)
34 saylı Xətai dairəsi – Mixail Zabelin (YAP)
35 saylı Xətai dairəsi – Rauf Arifoğlu (partiyasız)
36 saylı Xətai dairəsi – Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası)
37 saylı Nizami (Gəncə) dairəsi – Pərvin Kərimzadə (YAP)
38 saylı Nizami (Gəncə) dairəsi – Naqif Həmzəyev (YAP)
39 saylı Kəpəz (Gəncə) dairəsi – Müşfiq Cəfərov (YAP)
40 saylı Kəpəz (Gəncə) dairəsi – Musa Quliyev (YAP)
41 saylı Sumqayıt dairəsi – Hicran Hüseynova (YAP)
42 saylı Sumqayıt dairəsi – Tahir Mirkişili (YAP)
43 saylı Sumqayıt dairəsi – Emin Hacıyev (YAP)
44 saylı Sumqayıt-Xızı dairəsi – Müşfiq Məmmədli (YAP)
45 saylı Abşeron dairəsi – Oqtay Əsədov (YAP)
46 saylı Şirvan dairəsi – İltizam Yusifov (partiyasız)
47 saylı Mingəçevir dairəsi – Aydın Mirzəzadə (YAP)
48 saylı Yevlax dairəsi – İlham Məmmədov (YAP)
49 saylı Yevlax-Mingəçevir dairəsi – Əli Hüseynli (YAP)
50 saylı Abşeron-Qobustan dairəsi – Şahin Seyidzadə (partiyasız)
51 saylı Qusar dairəsi – Azər Badamov (YAP)
52 saylı Quba dairəsi – Vahid Əhmədov (partiyasız)
53 saylı Quba-Qusar dairəsi – Anatoli Rafailov (partiyasız)
54 saylı Şabran-Siyəzən dairəsi – Sadiq Qurbanov (YAP)
55 saylı Xaçmaz şəhər dairəsi – Eldəniz Səlimov (YAP)
56 saylı Xaçmaz kənd dairəsi – Sevil Mikayılova (partiyasız)
57 saylı Kürdəmir dairəsi – Əminə Ağazadə (partiyasız)
58 saylı Hacıqabul-Kürdəmir dairəsi – Rafael Hüseynov (Vətəndaş Həmrəyliyi Partiyası – VHP)
59 saylı Salyan dairəsi – Jalə Əhmədova (partiyasız)
60 saylı Salyan-Neftçala dairəsi – Fəzail Ağamalı (Ana Vətən Partiyası)
61 saylı Neftçala dairəsi – Sabir Rüstəmxanlı (VHP)
62 saylı Saatlı dairəsi – Əziz Ələkbərov (YAP)
63 saylı Sabirabad dairəsi – Kamal Cəfərov (YAP)
64 saylı Sabirabad dairəsi – Ramin Məmmədov (YAP)
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsi – Əhliman Əmiraslanov (YAP)
66 saylı Biləsuvar dairəsi – Bəhruz Məhərrəmov (partiyasız)
67 saylı Cəlilabad şəhər dairəsi – Malik Həsənov (YAP)
68 saylı Cəlilabad kənd dairəsi – Elman Nəsirov (YAP)
69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsi – Fəzail İbrahimli (VHP)
70 saylı Masallı şəhər dairəsi – Məşhur Məmmədov (YAP)
71 saylı Masallı kənd dairəsi – Anar İsgəndərov (YAP)
72 saylı Yardımlı-Masallı dairəsi – Musa Qasımlı (partiyasız)
73 saylı Lənkəran şəhər dairəsi – Rüfət Quliyev (partiyasız)
74 saylı Lənkəran kənd dairəsi – Hadı Rəcəbli (YAP)
75 saylı Lənkəran-Masallı dairəsi – Cavanşir Paşazadə (YAP)
76 saylı Lənkəran-Astara dairəsi – Ziyafət Əsgərov (YAP)
77 saylı Astara dairəsi – Rəşad Mahmudov (YAP)
78 saylı Lerik dairəsi – İqbal Məmmədov (YAP)
79 saylı İmişli dairəsi – Razi Nurullayev (partiyasız)
80 saylı İmişli-Beyləqan dairəsi – Çingiz Qənizadə (partiyasız)
81 saylı Beyləqan dairəsi – Şahin İsmayılov (YAP)
82 saylı Ağcabədi dairəsi – Tahir Rzayev (YAP)
83 saylı Ağcabədi-Füzuli dairəsi – Aqil Abbas (partiyasız)
84 saylı Füzuli dairəsi – Vüqar Bayramov (partiyasız)
85 saylı Şamaxı dairəsi – Tamam Cəfərova (partiyasız)
86 saylı İsmayıllı dairəsi – Novruzəli Aslanov (partiyasız)
87 saylı Ağsu-İsmayıllı dairəsi – Tahir Kərimli (Vəhdət Partiyası)
88 saylı Göyçay dairəsi – Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyası)
89 saylı Göyçay-Ağdaş dairəsi – Məzahir Əfəndiyev (partiyasız)
90 saylı Ağdaş dairəsi – Cavid Osmanov (YAP)
91 saylı Ucar dairəsi – Ramil Həsən (YAP)
92 saylı Zərdab-Ucar dairəsi – Jalə Əliyeva (partiyasız)
93 saylı Bərdə şəhər dairəsi – Fatma Yıldırım (YAP)
94 saylı Bərdə kənd dairəsi – Zahid Oruc (partiyasız)
95 saylı Tərtər dairəsi – Sahib Alıyev (partiyasız)
96 saylı Goranboy-Naftalan dairəsi – Anar Məmmədov (YAP)
97 saylı Goranboy-Ağdam-Tərtər dairəsi – Ağalar Vəliyev (YAP)
98 saylı Şəmkir şəhər dairəsi – Sahibə Qafarova (YAP)
99 saylı Şəmkir kənd dairəsi – Nurlan Həsənov (YAP)
100 saylı Şəmkir-Daşkəsən dairəsi – Kamran Bayramov (YAP)
101 saylı Göygöl-Daşkəsən dairəsi – Elşad Mirbəşiroğlu (YAP)
102 saylı Samux-Şəmkir dairəsi – Nizami Səfərov (YAP)
103 saylı Gədəbəy dairəsi – Sevinc Hüseynova (YAP)
104 saylı Gədəbəy-Tovuz dairəsi – Arzu Nağıyev (partiyasız)
105 saylı Tovuz dairəsi – Qənirə Paşayeva (partiyasız)
106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi – Ülviyyə Ağayeva (partiyasız)
107 saylı Qazax dairəsi – Səməd Seyidov (YAP)
108 saylı Ağstafa dairəsi – Nizami Cəfərov (YAP)
109 saylı Balakən dairəsi – Nəsib Məhəməliyev (YAP)
110 saylı Zaqatala dairəsi – Elşən Musayev (Demokratik Maarifçilik Partiyası)
111 saylı Zaqatala-Balakən dairəsi – Kamilə Əliyeva (YAP)
112 saylı Qax dairəsi – Azər Kərimli (partiyasız)
113 saylı Şəki şəhər dairəsi – Vüqar İskəndərov (YAP)
114 saylı Şəki kənd dairəsi – Əli Məsimli (partiyasız)
115 saylı Şəki kənd dairəsi – Cavanşir Feyziyev (partiyasız)
116 saylı Qəbələ dairəsi – Fəttah Heydərov (partiyasız)
117 saylı Oğuz-Qəbələ dairəsi – Aqiyə Naxçıvanlı (YAP)
118 saylı Ağdam şəhər dairəsi – Bəxtiyar Əliyev (partiyasız)
119 saylı Ağdam kənd dairəsi – Bəxtiyar Sadıqov (YAP)
120 saylı Cəbrayıl-Qubadlı dairəsi – Ceyhun Məmmədov (YAP)
121 saylı Laçın dairəsi – Mahir Abbaszadə (YAP)
122 saylı Xankəndi dairəsi – Tural Gəncəliyev (partiyasız)
123 saylı Kəlbəcər dairəsi – Aqil Məmmədov (YAP)
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairəsi – Elman Məmmədov (YAP)
125 saylı Zəngilan-Qubadlı dairəsi – İmamverdi İsmayılov (YAP).
Seçki yarışında 1314 namizəd mübarizə aparıb.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda 2020-ci ilədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.
Altıncı parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxaraq 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.