• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tramp bəraət aldı

  • 06 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

ABŞ Konqresinin üst qanadı – Senat Donald Trampı prezident postunda saxlamaq qərarı çıxarıb. Novator.az-ın məlumatına görə, səsvermə fevralın 5-də keçirilib.

2019-cu il dekabrın 18-də Konqresin alt qanadı – Nümayəndələr Palatası Donald Trampın vəzifədən uzaqlaşdırılmasına səs vermişdi. Dövlət başçısı vəzifə səlahiyyətlərini aşmaqda və Konqresin işinə əngəl törətməkdə təqsirli bilinmiş, məsələ Senata ötürülmüşdü.

İmpiçmentin təşəbbüskarı olan müxalif konqresmenlər bildirir ki, Donald Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını ləngitməklə bu ölkənin prezidenti Vladimir Zelenskiyə təzyiq edib. İddiaya görə, Donald Tramp Vladimir Zelenskini ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin işi üzrə araşdırmanı davam etdirməyə çağırıb. Hanter Bayden 2014-2019-cu illərdə Ukraynanın “Burisma” qaz şirkətinin rəhbərlərindən olub. Ukrayna Baş Prokurorluğu “Burisma”nın hər ay Hanter Bayden və tərəfdaşlarına məxsus başqa bir şirkətin hesabına ayda 160 min dollardan çox pul köçürdüyünü aşkara çıxarıb, ancaq 2016-cı ildə bu araşdırma yarımçıq saxlanıb.

Vitse-prezident postunu 2009-2017-ci illərdə tutan demokrat Cozef Bayden bu ilin noyabrında keçiriləcək prezident seçkisində Donald Trampın potensial rəqibi sayılır.

Fevralın 5-i Senatda keçirilən səsvermə Donald Trampın xeyrinə bitib. Birinci ittihamı 100 nəfərlik Senatda 48, ikinci ittihamı 47 nəfər dəstəkləyib və prezident bəraət alaraq kürsüsünü qoruyub.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib.

1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 538 nəfərlik Seçicilər Kollegiyasına 306 nümayəndə qazanıb. Seçicilər Kollegiyası həmin il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

ABŞ-da növbəti prezident seçkisi 2020-ci il noyabrın 3-nə təyin olunub.

Ölkə konstitusiyasına görə, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.

Yeni institut yaradılıb

  • 05 Fevral 2020
  • comments

125 mandata 1321 iddiaçı var

  • 06 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda