• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərəncam pensiyaları nə qədər artırdı?

  • 06 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Fevralın 6-da prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsinə sərəncam verib. Sənədə əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının 2019-cu ildəki artım tempinə uyğun olaraq 16,6 faiz artırılır. Artım 2020-ci il yanvarın 1-dən tətbiq olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, artım sığorta prinsipi ilə pensiya alan 1 milyon 120 minə yaxın pensiyaçını əhatə edir.

Artımdan sonra orta aylıq pensiya məbləğinin 300 manatadək yüksəldiyi vurğulanır.

2019-cu ildəki rəsmi inflyasiya göstəricisinə uyğun olaraq isə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri yanvarın 1-dən 2,6 faiz artırılır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin əvvəlinə Azərbaycanda 1 milyon 277,8 min nəfər pensiyaçı qeydə alınıb.

Hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Novator.az bildirir ki, bu ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğ, pensiya kapitalı fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Seçki marafonundan statistika

  • 06 Fevral 2020
  • comments

Qazi namizədin görüşü

  • 06 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP sınağı

GLOBALS:0
comments
Xəbər

Lirə bu il nə qədər ucuzlaşıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP sınağı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda