• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

  • 04 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fevralın 3-də Müsavat Partiyasının mərkəzi qərargahında Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, sabiq xarici işlər naziri, Müsavat Partiyasının üzvü Tofiq Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tofiq Qasımovun əqidə yoldaşları və dostları – Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu, siyasətçilər Arzu Səmədbəyli, Vaqif Hacıbəyli, Hikmət Hacızadə, Nüşabə Sadıxlı, Almaz Əliqızı, Gülağa Aslanlı, Mirbaba Babayev, Fəxrəddin Bağırov və digərləri iştirak ediblər.

Tədbirdə səslənən çıxışlarda Tofiq Qasımovun keçdiyi həyat yolundan, onun Azərbaycanın ictimai-siyasi tarixindəki rolundan danışılıb.

Tofiq Qasımov 1938-ci ildə Ağdaşın Ləki kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı) fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunun (Leninqrad, indiki Sankt-Peterburq) aspiranturasını bitirib, uzun illər fizika-riyaziyyat elmləri namizədi dərəcəsi ilə elm sahəsində çalışıb.

Azərbaycan Xalq Cəbhəsinin qurucularından biridir. 1990-cı ildən parlamentin üzvü olub. 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri postunu tutub. Uzun illər İsveçrədə yaşayıb və 2020-ci ilin yanvarında bu ölkədə vəfat edib.

“Xalq azad nəfəs almaq istəyirdi”

  • 04 Fevral 2020
  • comments

Tofiq Qasımov

  • 04 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda