• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Aslanovun məhkəməsi qismən qapalı olacaq

  • 03 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fevralın 3-ü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Polad Aslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un xəbərinə görə, işə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

Hazırlıq iclasında vəkil Elçin Sadıqov Polad Aslanov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun məhkəmə prosesləri zamanı müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatətlər qaldırıb. Vəsatətələr təmin edilməyib.

İclasda məhkəmə proseslərinin qismən qapalı keçirilməsi haqda qərar qəbul olunub.

İlkin baxış iclası fevralın 10-na təyin edilib.

Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həmin vaxt yaydığı açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.

Polad Aslanov bu ittihamı qəbul etmir. Onun müdafiəçiləri indiyədək bir neçə dəfə bəyan ediblər ki, jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür.

2019-cu ilin sonuna yaxın Polad Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə əlavə ittiham da irəli sürülüb. Yeni ittihama görə, Polad Aslanov saytlardan birinin əməkdaşını hədələyib.

Azərbaycana giriş yasağı: 5048 qərar verilib

  • 03 Fevral 2020
  • comments

Qazaxıstanla fərqimiz

  • 03 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda