• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Novxanıda aksiyalar

  • 31 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Yanvarın 31-də Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvləri günün ayrı-ayrı saatlarında Bakının Novxanı qəsəbəsində yürüş-mitinqlər keçiriblər.

Bu aksiyalar Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümü münasibətilə təşkil olunub.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda anadan olub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.

1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.

1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.

1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.

Novator.az xəbər verir ki, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvləri yanvarın 31-də Novxanı qəsəbəsində keçirdikləri yürüşlər zamanı Cümhuriyyət liderinin şərəfinə şüarlar səsləndiriblər. Məhəmməd Əmin Rəsulzadənin qəsəbədəki heykəli önündə təşkil olunan mitinqlərdə isə Xalq Cümhuriyyətinin qurucularından, onların Azərbaycan tarixindəki rolundan, hazırda ölkədəki ictimai-siyasi vəziyyətdən danışılıb.

Yeni kitablar

  • 31 Yanvar 2020
  • comments

Mirzə Xəzər vəfat edib

  • 03 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda