• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

28-1: Britaniya Avropadan qopdu

  • 31 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edir.

Novator.az bildirir ki, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Britaniyada 2016-cı il iyunun 23-də keçirilmiş referendumda seçicilərin 51,9%-i ölkənin Avropa İttifaqından ayrılmasına səs verib. Bunun ardınca baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib, Avropa İttifaqı ilə ayrılıq danışıqları başlayıb.

2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub, ancaq Avropa İttifaqından ayrılmağın şərtləri parlamentdən keçməyib.

2019-cu ilin iyun ayında Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib, baş nazir kürsüsündən ayrılıb. Bunun ardınca Boris Conson Mühafizəkarlar Partiyasının lideri seçilib və baş nazirliyə başlayıb. Ötən il dekabrın 12-də keçirilmiş növbədənkənar seçkidə Mühafizəkarlar Partiyası parlamentdə böyük çoxluq əldə edəndən sonra Avropa İttifaqından ayrılmaq şərtləri qəbul olunub. Bu ayrılıq 2020-ci il yanvarın 31-də rəsmiləşir.

Böyük Britaniya ayrılandan sonra 1957-ci ildə yaradılmış Avropa İttifaqının 27 üzvü qalır: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

125 yerə 1325 nəfər iddia edir

  • 31 Yanvar 2020
  • comments

Bölgələr üzrə kredit statistikası

  • 31 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP sınağı

GLOBALS:0
comments
Xəbər

Lirə bu il nə qədər ucuzlaşıb?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP sınağı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda