• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyanın işi məhkəməyə getdi

  • 29 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ermənistanın Baş Prokurorluğu sabiq prezident Serj Sərkisyan, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və daha 3 şəxsin cinayət işi üzrə ittihamı təsdiqləyib. Novator.az bildirir ki, yanvarın 29-da yayılan rəsmi məlumata görə, iş məhkəməyə göndərilib.

Xüsusi İstintaq Xidmətinin irəli sürdüyü ittihama əsasən, Serj Sərkisyan prezident vəzifəsini tutarkən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup şəxsin kənd təsərrüfatı işləri üçün dizel yanacağını şişirdilmiş qiymətə almasını, 489,1 milyon dram (1 milyon dollardan çox) dövlət vəsaitini ələ keçirməsini təşkil edib.

Ötən ilin dekabr ayında Xüsusi İstintaq Xidməti Serj Sərkisyanın ölkədən çıxmasını yasaqlayıb, onun və cinayət işində adı keçən digər şəxslərin əmlakına həbs tətbiq edib.

Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.

2008 və 2013-cü illərdə prezident seçilib.

2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.

Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.

Kredit reytinqimizin özəllikləri

  • 29 Yanvar 2020
  • comments

Təklif: hər yer müharibə, hər gün müharibə

  • 29 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda