• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qabil Məmmədov Yadigar Sadıqlıya dəstək verdi

  • 28 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fevralın 9-da keçiriləcək parlament seçkisinə 73 saylı Lənkəran şəhər dairəsindən qatılan, ancaq namizəd ola bilməyən general-mayor Qabil Məmmədov yeni müraciət yayıb.

73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyası Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədovun namizədliyini qeydə almaqdan imtina edib. İddia olunub ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur.

Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib.

Yanvarın 9-da generalın şikayətinə baxan MSK bu sübutu qəbul edib. Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır.

Deputatlığa namizədin qeydə alınması üçün 450 seçici imzası olmalıdır. 496-dan 57-ni çıxanda isə 439 edir. MSK bunu əsas götürərək generalın namizədliyini qeydə almaqdan imtina edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Kiyevdə Ali Ümumqoşun Komandanlıq Məktəbini, Moskvada Hərbi Akademiyanı bitirib.

1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub.

2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb.

2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb.

“Azərbaycan Bayrağı” ordeni kavaleridir.

Novator.az-ın məlumatına görə, Qabil Məmmədov özünün “Facebook” səhifəsində yaydığı müraciətdə 73 saylı dairədəki tərəfdarlarını 9 fevral seçkisində Yadigar Sadıqlıya səs verməyə çağırıb: “Mənə inananları, məni özünə dost bilənləri, mənə səs verməyə hazır olmuşları Lənkəranın layiqli, vicdanı təmiz övladı Yadigar Sadıqlı ətrafında birləşməyə, ona səs verməyə çağırıram. Seçki günü evlərdə oturmayın, həmrəylik nümayiş etdirməklə bir nəfər kimi məntəqələrdə səs verin. İmkan verməyin ki, səslərinizi oğurlasınlar, qutulara hazır bülletenlər atsınlar”.

Yadigar Sadıqlı 1968-ci ildə Lənkəran şəhərində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib.

2000-ci ildən Müsavat Partiyasının üzvü, 2004-cü ildən Lənkəran təşkilatının sədri, 2011-ci ildən Müsavat başqanının müşaviri, 2014-2018-ci illərdə başqan müavini olub.

2013-2016-cı illərdə həbsdə yatıb.

73 saylı Lənkəran dairəsində daha 7 nəfərin namizədliyi qeydə alınıb. Onların biri Milli Məclisin partiyasız deputatı Rüfət Quliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən təhsil işçisi Güloğlan Bağırovun namizədliyini irəli sürüb.

General niyə namizəd ola bilmədi?

Ali Məhkəmə generalın şikayətini təmin etdi

Məhkəmə də generalın deputatlığa namizəd olmasına imkan vermir

Qabil Məmmədov müraciət yayıb

Generalın namizədliyinə razılıq verməyənlərin siyahısı genişləndi

Sabir Rüstəmxanlı Neftçala ilə bağlı vahid plan ha...

  • 28 Yanvar 2020
  • comments

Oqtay Şirəliyevdən koronavirus əmri

  • 28 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda