• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli İnsanov partiyasını formalaşdırdı

  • 27 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Sabiq səhiyyə naziri Əli İnsanov Haqq-Ədalət Partiyasının (HƏP) sədri, mühacirətdə yaşayan ordu polkovniki İsa Sadıqov sədrin birinci müavini, diplomat, alim İsfəndiyar Vahabzadə və sabiq deputat Zəminə Dünyamalıyeva isə sədr müavinləri seçiliblər.

Novator.az xəbər verir ki, qərar HƏP-in yanvarın 25-də keçirilən təsis konfransında qəbul edilib.

HƏP-in təşkilat komitəsi 2019-cu il noyabrın 24-də yaradılmışdı. Əli İnsanov komitəyə sədrlik edirdi.

2020-ci il yanvarın 25-də keçirilən təsis konfransında Əli İnsanov bildirib ki, partiyanın 33 şəhər və rayonda təşkilatları yaradılıb, 11 rayonda isə təşkilati işlər aparılır.

Sədr və sədr müavinlərinin seçildiyi konfransda HƏP-in 15 nəfərlik İdarə Heyəti də formalaşdırılıb, Mərkəzi Aparatın, Qadınlar Şurasının, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının, Gənclər Təşkilatının rəhbərləri müəyyənləşib.

Həmçinin partiyanın nizamnaməsi və proqramı qəbul olunub. Nizamnaməyə görə, İdarə Heyətinin üzvləri, şəhər və rayon təşkilatlarının sədrləri və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının yaratdığı HƏP təşkilatlarının sədrləri avtomatik Ali Məclisin üzvləri olurlar.

Təsis konfransında ölkədə siyasi məhbuslara azadlıq tələbi ilə bəyanat da qəbul olunub.

Əli İnsanov 1946-cı ildə Ermənistanda doğulub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olub. 1993-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Tibb elmləri doktorudur.

2005-ci ilin oktyabr ayında tutulan Əli İnsanov iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2016-cı ilin avqustunda ona yeni cinayət işi qaldırılıb. İttihama görə, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.

2017-ci il aprelin 26-da Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.

2019-cu il martın 17-də sabiq nazir əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Beşlikdən yeniliklər

  • 27 Yanvar 2020
  • comments

“Minnətli çörək vəd etmirəm”

  • 27 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda