Mərkəzi Bank yanvarın 22-də avronun kursunu 1,8840 manata endirib. Novator.az-ın məlumatına görə, həmçinin Gürcüstan larisi (0,5894 manat), Rusiya rublu (0,0275 manat) və Türkiyə lirəsi (0,2864 manat) ucuzlaşıb.
ABŞ dollarının rəsmi məzənnəsi isə dəyişməz qalıb: 1,7 manat (Valyutalar).
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb. Dolların indiki qiyməti isə 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün 2019-cu ildə keçirdiyi valyuta hərraclarında 6 milyard 593,7 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.