• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hər adama 8247 manat düşür

  • 22 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Statistika Komitəsi 2019-cu ilin makroiqtisadi göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2019-cu ildə ölkədə 81,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda 0,4 faiz artıb: “Əlavə dəyərin 41,4 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,7 faizinə bərabər olub”.

Əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat göstərilir.

Rəsmi məlumata əsasən, 2018-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,5 faiz yüksəlib.

İnvestisiya qoyuluşunda 2018-ci illə müqayisədə 2,3 faiz azalma qeydə alındığı, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcminin isə 1,9 faiz artdığı bildirilir.

Qeyd olunur ki, nəqliyyat sektorunda yük daşınması 2018-ci illə müqayisədə 2,2 faiz, sərnişin daşınması 2,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 15,9 faiz artıb.

Yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqının 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manata çatdığı, əhalinin gəlirlərinin il ərzində nominal ifadədə 7,4 faiz çoxaldığı vurğulanır.

Yeni razılaşmalar

  • 22 Yanvar 2020
  • comments

Doğulanların 53,2 faizi oğlandır

  • 22 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: İlk xəbərlər

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: İlk xəbərlər

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: İlk xəbərlər

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda