• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Professor niyə deputat olmaq istəyir?

  • 19 Yanvar 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Fevralın 9-da keçiriləcək parlament seçkisinə 22 saylı Nəsimi dairəsindən qatılan Vüqar Qurban oğlu Məmmədov Azpolitika.info saytına danışıb.

Vüqar Məmmədov 1969-cu ildə Bakıda doğulub. Hüquq və tibb üzrə iki ali təhsili var, elmlər doktorudur. Səhiyyə, korrupsiya ilə mübarizə, insan hüquqları sahəsində qanunvericilik təkliflərinin müəllifidir.

Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvüdür.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professorudur.

Azpolitika.info-ya müsahibəsində Vüqar Məmmədov deyib ki, seçki prosesinə qatılmaq qərarına tələbələri ilə ünsiyyətdə gəlib: “Azərbaycan Tibb Universitetində, BDU-nun hüquq fakültəsində və Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında dərs deyirəm. Tələbələrlə hüquq və səhiyyənin kəsişdiyi müstəvilərdə insan sağlamlığının qorunması ilə bağlı bir çox məsələni müzakirə edirik. Bu müzakirələrdə qanunlarda boşluqları və bundan irəli gələn problemləri də üzə çıxarırıq. Bir çox hallarda həmin problemlərin dünya təcrübəsinə, beynəlxalq qanunvericilik təcrübəsinə istinadla asanlıqla aradan qaldırıla biləcəyini görəndə başa düşürük ki, bu bilik və təcrübələr tək dərs zamanı yox, daha geniş şəkildə tətbiq olunmalıdır”.

Deputatlığa müstəqil namizəd olan Vüqar Məmmədov əlavə edib ki, hazırda cəmiyyət yeniliklər gözləyir: “Bunu imza kampaniyasında da müşahidə etdim. Son vaxtlar ölkə rəhbərliyinin apardığı islahatlar, kadr siyasətində yeniləşmə və istedadlı idarəçilərin axtarılıb tapılması cəmiyyətdə böyük bir ümid yaradıb ki, həqiqətən 9 fevral seçkisi demokratik, obyektiv keçiriləcək, ən güclü, potensialı yüksək namizədlər səs toplayıb qalib kimi üzə çıxacaqlar.

Namizəd olmağımın başqa bir səbəbi də var. Ölkədə bir çox sahələr üzrə böyük uğurlar yaşansa da, əksəriyyət səhiyyə sahəsindən narazıdır, özü də hər iki tərəf – həm xəstə, həm də tibb işçisi öz narazılığını bildirir. İmkanı olan ən sadə müalicə və müayinə üçün Azərbaycandan kənara gedir. Azərbaycan səhiyyəsinə etibar itir, Azərbaycan həkiminin nüfuzu düşür, xəstə və tibb işçilərinin hüquqları pozulur. Bunlar məni tibbi hüquq sahəsinin bir mütəxəssisi kimi çox narahat edir. Bu sahədə çox iş görülməli, beynəlxalq təcrübədən istifadə edilməlidir. Yeni baxışlar lazımdır.

Deputatlıq bir işdir, ümid edirəm ki, bacaracam. Ən azı səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üçün lazımi bilik və təcrübəyə malikik. Ekoloji qanunvericilik, qida qanunvericiliyi də təkmilləşdirilməlidir. Bu sahədə də ekspert kimi həm Azərbaycanda, həm xaricdə bizi tanıyırlar.

Parlament hakimiyyətin qanunverici qoludur, odur ki, hüquqşünas olmaq böyük üstünlükdür. Ancaq bəzi qanunları təkmil hazırlamaq üçün yalnız hüququ bilmək yetərli deyil. Səhiyyə qanunvericiliyini hazırlamaq üçün tibbi bilməlisən, lakin həkim olmaq azdır. Hüquqşünas olmaq da yetərli deyil. Tibbi hüquq, səhiyyə qanunvericiliyi sahəsində bir beynəlxalq ekspert kimi vətəndaşlıq borcumdur ki, biliklərimi, təcrübəmi vətəndə istifadə edim”.

Vüqar Məmmədov seçki platformasında qeyd edir ki, Azərbaycan xalqı daha firavan həyata layiq olduğu üçün ölkədə kasıb, işsiz, qaçqın, evsiz, ehtiyac içində çapalayan insanların olmamasına çalışmaq lazımdır: “Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır! Vətəndaşın marağını ifadə edən parlament ölkə büdcəsinə yaxından nəzarət etməli, korrupsiyaya qarşı milli qanunvericilik kağızda qalmamalı, həqiqətdə işləməlidir! Məmurlar öz gəlirlərini bəyan etməlidir!

Hüquqi dövlətin əsas prinsiplərindən olan məhkəmələrin müstəqilliyinə nail olunmalı, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi təmin edilməlidir!

İnsan kapitalı dövlətimizin əsas sərvətidir! Kadr siyasətində subyektiv amillər yox, bilik, təcrübə və peşəkarlıq əsas rol oynamalıdır!

Ölkənin gələcəyi – sağlam və təhsilli millətdir! Ekologiya, qida, səhiyyə qanunvericiliyi yenidən işlənməlidir. Vətəndaşlarımız üçün dövlət səhiyyə sektorunda xidmətlər pulsuz, zəruri keyfiyyətli müalicələr əlçatan olmalıdır! Səhiyyə qanunvericiliyi səhiyyə təşkilatlarının maraqlarını deyil, əhalinin maraqlarını müdafiə etməlidir!

Deputat seçiləcəyim halda ölkə rəhbərliyinin bu istiqamətlər və başqa sahələr üzrə apardığı islahatlara dəstək verərək beynəlxalq arenada Azərbaycanın daha da güclü olması, nüfuzunun artması naminə çalışacağam”.

1 yerə 13-ə yaxın iddiaçı var

  • 17 Yanvar 2020
  • comments

Aynur vəfat edib

  • 19 Yanvar 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq
  • Siyasət
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda