Yanvarın 16-da avronun rəsmi məzənnəsi 1,8958 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank həmçinin Rusiya rublu (0,0277 manat) və Türkiyə lirəsini (0,2892 manat) bahalaşdırıb.
ABŞ dollarının kursu dəyişməz qalıb: 1,7 manat.
Dəyər itirən Gürcüstan larisi isə banklara 0,5913 manata satılır (Valyutalar).
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb. Dolların indiki qiyməti isə 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün 2019-cu ildə keçirdiyi valyuta hərraclarında 6 milyard 593,7 milyon ABŞ dolları məbləğində vəsait sərf edib.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.