• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident prezidentliyə qadağalar təklif edir

  • 15 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Yanvarın 15-də parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında – Federal Məclisdə çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına yeniliklər təklifi verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, ölkə ərazisində azı 25 il daimi yaşamamış, başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə daimi yaşamaq hüququ almış şəxsin Rusiya prezidenti postuna namizədliyi yasaqlanmalıdır.

Digər təklifə görə, federasiya subyektlərinin başçıları, senatorlar və deputatlar, baş nazir, onun müavinləri, nazirlər, federal qurumların rəhbərləri, hakimlər başqa ölkənin vətəndaşı ola və xaricdə daimi yaşamaq hüququ əldə edə bilməməlidir.

Vladimir Putin parlamentin səlahiyyətlərinin artırılmasına tərəfdar olduğunu vurğulayıb. O qeyd edib ki, parlamentin aşağı palatası – Dövlət Duması baş naziri, baş nazirin müavinlərini və federal nazirləri təsdiqləmək hüququ almalı, prezident parlamentdə təsdiqlənmiş şəxsləri dərhal təyin etməyə borclu olmalıdır.

Vladimir Putin ana qanuna sosial təminat məsələsi ilə bağlı yenilikləri də vacib saydığını deyib. Onun təklifinə əsasən, pensiyaları mütəmadi indeksləşdirmə qaydası konstitusiyaya norma kimi salınmalı, həmçinin minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumundan aşağı olmasının yolverilməzliyi qeyd olunmalıdır.

İclasda deputatlar və senatorlarla yanaşı hökumət üzvləri, qubernatorlar, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin rəhbərləri iştirak edib.

Vladimir Putin 1952-ci ildə doğulub. 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir olub. 2012-ci ildən yenidən prezidentdir. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

“Söyüdlü arx” və “Qadın kimi davran, kişi kimi düş...

  • 15 Yanvar 2020
  • comments

Reportyorlar (56)

  • 15 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda