Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin inflyasiya göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, ötən il Gürcüstanda istehlak və xidmətlər 2018-ci illə müqayisədə 7% bahalaşıb.
Ən böyük qiymət artımının meyvə və üzümdə qeydə alındığı bildirilir: 31,9%.
Açıqlamaya əsasən, ət və ət məhsulları 14,8%, balıq məhsulları 14,2%, tərəvəz və bostan məhsulları 14,1%, süd məhsulları və yumurta 13,5%, şəkər və şirniyyat 10,7%, çörək və un məmulatları 6,6% dəyər artırıb.
Rəsmi statistika qurumu tütün məhsulları üzrə 30,8%, turizm xidmətlərində 13,6%, ictimai iaşədə 9%, səhiyyə xidmətlərində 3,5%, təhsil haqlarında 3,2% artım olduğunu bəyan edib.
Qeyd olunur ki, il ərzində yalnız geyim və ayaqqabı (4,2%) və rabitə xidmətləri (1,4%) ucuzlaşıb.