• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

25-ci orden

  • 14 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Neftçi alim və geoloq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin sərəncamında təltif Azərbaycanın neft sənayesinin inkişafında böyük xidmətlər və uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb.

Yanvarın 14-də Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olub.

“Heydər Əliyev” ordeni 2005-ci ildə təsis edilib. Azərbaycanın ali dövlət mükafatıdır.

Novator.az bildirir ki, Xoşbəxt Yusifzadəyə qədər “Heydər Əliyev” ordeni ilə dövlət başçısı İlham Əliyev daxil olmaqla (Azərbaycan prezidentinə orden onun statusuna görə verilir) 24 nəfər təltif edilib.

Onların 14-ü əcnəbi siyasətçidir: Jak Şirak, Viktor Yuşşenko, Şeyx Sabah əl-Əhməd-əl-cabir əs-Sabah, Lex Kaçinski, Valdis Zatlers, Trayan Besesku, Georgi Pırvanov, İmaməli Rəhman, Abdulla Gül, Viktor Yanukoviç, Rəcəb Teyyub Ərdoğan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Serco Mattarella.

“Heydər Əliyev” ordeni ilə təltif olunan digər 9 şəxs bunlardır: türkiyəli alim İhsan Doğramacı, musiqiçi Mstislav Rostropoviç, rəssam Tahir Salahov, bəstəkar Arif Məlikov, birinci vitse-prezident Mehriban Əliyeva, müğənni Zeynəb Xanlarova, heykəltəraş Ömər Eldarov, şeyxülislam Allahşükür Paşazadə, dövlət xadimi və alim Ramiz Mehdiyev.

1923-cü ildə Naxçıvan şəhərində doğulan Heydər Əliyev 1969-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, yəni respublika rəhbəri, 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb, 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

Talıbova yubiley təltifi

  • 14 Yanvar 2020
  • comments

Sabitlik və dəyişmələr

  • 14 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda