• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir jurnalistin məsələsini nəzarətə götürüb

  • 13 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu qəbul edib.

Son günlər sosial şəbəkədə naməlum şəxslərin Anar Məmmədovu vəhşicəsinə döyməsi və bu hücumu hansısa oliqarxın təşkil etməsi barədə uydurma xəbərlər yayılıb. Baş redaktor daxili işlər nazirinə açıq məktubla müraciət edərək dezinformasiyanı yayanların tapılıb cəzalandırılmasını istəyib. Jurnalist düşünür ki, saxta məlumatın yayılması ona qarşı planlaşdırılan təxribatın tərkib hissəsidir.

General-polkovnik Vilayət Eyvazovun jurnalisti qəbul etməsi bu məsələ ilə bağlı olub.

Novator.az-ın məlumatına görə, mediaya açıqlamasında Anar Məmmədov deyib ki, o, Vilayət Eyvazova yalan məlumatları yaymaqda şübhəli saydığı şəxslərdən danışıb. Anar Məmmədov qeyd edib ki, son zamanlar əsassız iddialarla məhkəmələrə cəlb olunur. Baş redaktor daxili işlər naziri ilə görüşündə saxta xəbərləri ona qarşı məhkəmələrdə iddia qaldıran şəxslərin yaya biləcəyini istisna etmədiyini də vurğulayıb: “Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu diqqətə çatdırdım. Vilayət Eyvazov məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, məsələni dərhal şəxsi nəzarətinə götürüb. Vurğuladı ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq.

Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Vilayət Eyvazov dedi ki, Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyədə texniki təchizata malikdir. O bildirdi ki, bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir və imkan vermərik ki, kimsə təhdid olunsun”.

Anar Məmmədovun sözlərinə görə, görüşdən sonra ona bir neçə telefon nömrəsi verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb. 

Sançesin hökuməti rəsmiləşdi

  • 13 Yanvar 2020
  • comments

19-cu ilin nöqtəsi

  • 13 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda