• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Made in Azerbaycan

İxracın şaxələnməsi: beynəlxalq hesabat nə deyir?

  • 13 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Dünya Bankı Qazaxıstan iqtisadiyyatı üzrə illik hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, hesabatda Qazaxıstanın ixracının konsentrasiya səviyyəsi beş resurs ölkəsi, o cümlədən Azərbaycanla müqayisə edilib: “Ekspertlərin hesablamalarına görə, 2000-2018-ci illərdə Azərbaycanda ixracın konsentrasiya səviyyəsi 0,39-dan 0,66-a yüksəlib. Hesablama Herfindal-Hirşman indeksi əsasında aparılıb. Bu indeks ixtiyari bazarın, sektorun təmərküzləşmə səviyyəsini, şaxələnmə vəziyyətini qiymətləndirir. İndeks 1-ə yaxınlaşdıqca təmərküzləşmə və ya şaxələnmənin yoxa çıxdığını, 0-a yaxınlaşdıqca ən yüksək səviyyədə olduğunu göstərir.

Hesabata əsasən, son 18 ildə Azərbaycanda ixracın şaxələnməsi kəskin pisləşib, ixracda az sayda məhsulların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb.

Dünya Bankı 6 ölkəni – Çili, Meksika, İndoneziya, Rusiya, Azərbaycan və Qazaxıstanı bu baxımdan müqayisə edib. Hesabata əsasən, 2018-ci ildə ixracın konsentrasiya əmsalının ən pis göstəricisi Qazaxıstanda qeydə alınıb: 0,81.

Azərbaycan 0,66 göstərici ilə beşinci, Rusiya 0,15 göstərici ilə dördüncü, Çili 0,11 göstərici ilə üçüncü yerdədir, Meksika və İndoneziya 0,02 göstərici ilə ilk yerləri bölüşürlər”.

Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracının 76,7 faizi xam neft və xam neft məhsulları, 2,2 faizi neft məhsulları, 11,3 faizi təbii qaz, 2,9 faizi meyvə-tərəvəz kimi rəsmiləşib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə bildirir ki, 2019-cu ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 781 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb, ötən ilin 11 ayı ilə müqayisədə 16 faiz artım qeydə alınıb.

Ekspertin nazirliyə təklifi var

  • 13 Yanvar 2020
  • comments

Yeni nəşrlər

  • 13 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çinli dissident ABŞ-da casusluq edirmiş

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda