• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bələdiyyə üzvü seçilmiş şəxslərin siyahısı

  • 13 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mərkəzi Seçki Komissiyasının 11 yanvar iclasında 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları təsdiqlənib (Protokol). Hesabata görə, seçkilər 118 seçki dairəsinin 5049 məntəqəsini əhatə edib, 1606 bələdiyyədə 15156 yerə 41462 nəfərin namizədliyi qeydə alınıb, səsverməyə seçicilərin 32,69 faizi qatılıb.

Novator.az bildirir ki, 11 yanvar qərarında 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayıldığı, 1595 bələdiyyənin tam tərkibdə, 2 bələdiyyənin qismən formalaşdığı öz əksini tapıb, 15075 bələdiyyə üzvünün səlahiyyətləri təsdiqlənib (Siyahı).

Fəaliyyətində nöqsanlar olan 12 seçki məntəqəsinin komissiyaları buraxılıb.

Seçkilərə Yeni Azərbaycan, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Demokratik Maarifçilik, Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət, Respublikaçılar partiyalarının təmsilçiləri, həmçinin partiyasız şəxslər qoşulublar.

23 dekabr seçkiləri ölkədə bələdiyyə institutu yaradılandan bəri beşinci seçkilər olub. Əvvəlki seçkilər 12 dekabr 1999-cu ilə, 17 dekabr 2004-cü ilə, 23 dekabr 2009-cu ilə, 23 dekabr 2014-cü ilə düşüb.

Qanuna görə, əhalisi 500-dən az ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək ərazilərdə 19 bələdiyyə üzvü olur.

Yaşamalı şəhərlərin yeni reytinqi

  • 10 Yanvar 2020
  • comments

1 yerə 8 iddiaçı var

  • 13 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

1000 nəfərə 4,9 nikah, 2 boşanma

GLOBALS:0
comments
Xəbər

Əhali hesabatından

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İranın Rusiyanı silahlandırması: yeni sübutlar

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ukrayna zirvəsindən yeni zirvəyə

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

1000 nəfərə 4,9 nikah, 2 boşanma

Son materiallar

comments
Xəbər

1000 nəfərə 4,9 nikah, 2 boşanma

GLOBALS:0
comments
Xəbər

Əhali hesabatından

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İranın Rusiyanı silahlandırması: yeni sübutlar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda