Mərkəzi Bank yanvarın 13-də avronun məzənnəsini 1,8917 manata qaldırıb. Novator.az-ın məlumatına görə, həmçinin Gürcüstan larisi (0,5896 manat), Rusiya rublu (0,0278 manat) və Türkiyə lirəsi (0,2895 manat) bahalaşıb.
ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində qalıb (Valyutalar). Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün 2019-cu ildə keçirdiyi valyuta hərraclarında 6 milyard 593,7 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.