• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyavuş Novruzov 123-ləri təqdim edib

  • 10 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası fevralın 9-da keçiriləcək parlament seçkisinə 123 namizədlə qatılıb. Yalnız 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 saylı Xankəndi seçki dairələrini boş buraxan partiyanın icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yanvarın 10-da namizədlərlə bağlı təqdimat yayıb.

123 iddiaçının hamısının rəsmi namizəd kimi qeydə alındığını vurğulayan Siyavuş Novruzov yazır: “Namizədlərin hər biri ali təhsillidir. 21 nəfər elmlər doktoru, 22 nəfər elmlər namizədidir”.

Partiya funksioneri qeyd edir ki, namizədlərin müəyyən olunmasında mühüm amillərdən biri ötən çağırışlarda deputat olmuş şəxslərin fəaliyyətinin dəyərləndirilməsi zamanı ortaya çıxıb: “Bu dəfə namizədlər siyahısında öz seçiciləri ilə mütəmadi görüşən, onların problemləri ilə maraqlanan, komissiyaların və plenar iclasların işində fəal olan, ölkəmizi xaricdə uğurla təmsil edən deputatlar yer alıb. Onların sayı 48 nəfərdir.

Partiyamız daim yaşlı və gənc nəslin təcrübə və enerjisinin vəhdətinə inanır. Namizədlərimizin 18 nəfəri 35 yaşadək gənclər, 35 nəfəri 36-45 yaş arası, 40 nəfəri 46-60 yaşadək şəxslər, 30 nəfəri 60 yaşdan yuxarı şəxslərdir.

YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil olunmasına xüsusi əhəmiyyət verib. Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış 28 qadını namizəd göstərib”.

Siyavuş Novruzovun yazdığına görə, YAP-ın namizədlərinin 32-si dövlət sektorunda, 10-u özəl sektorda çalışır, 6-sı bələdiyyə üzvü, 6-sı səhiyyə mütəxəssisi, 22-si təhsil mütəxəssisidir.

Bu il bizə nə vəd edir?

  • 10 Yanvar 2020
  • comments

General niyə namizəd ola bilmədi?

  • 10 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda