Mərkəzi Bank yanvarın 9-da ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb.
Rəsmi məzənnələri düşən avro banklara 1,8896, Gürcüstan larisi 0,5936 manata təklif olunur.
Dəyər artıran Rusiya rubluna 0,0277, Türkiyə lirəsinə 0,2872 manat qiymət qoyulub (Valyutalar).
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata satılır.
2020-ci ilə avro 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb.
Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün 2019-cu ildə keçirdiyi valyuta hərraclarında 6 milyard 593,7 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.
Mərkəzi Bankın rəsmi hesabatına görə, 2020-ci il yanvarın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 258 milyon dollara çatıb. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 632,3 milyon dollar çoxdur. Ötən il yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı.
2012-ci il 10 milyard 481,5 milyon dollar, 2013-cü il 11 milyard 694,8 milyon dollar, 2014-cü il 14 milyard 152 milyon dollarla başlayıb.
2015-ci ilin əvvəlində 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınıb. İlin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilə ehtiyatın həcmi 3 milyard 974,4 milyon dollar, 2018-ci ilə 5 milyard 334,6 milyon dollar göstərilib.