• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatın 6 namizədi qeydə alınıb

  • 08 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılan Müsavat Partiyasının hələlik 6 namizədi rəsmən qeydə alınıb. Yanvarın 8-də partiyanın mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, Müsavatın ümumilikdə 75-ə yaxın namizədi qeydiyyat üçün tələb olunan sənədləri dairə seçki komissiyalarına təhvil verib.

Azərbaycan parlamenti – Milli Məclis birmandatlı dairələrdən seçilən 125 deputatdan ibarətdir.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Sənədlər yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Müsavat başqanı Arif Hacılı seçki yarışına 15 saylı Yasamal dairəsindən, sabiq başqan, Məclis üzvü İsa Qəmbər 19 saylı Nərimanov dairəsindən, Məclis sədri Nüşabə Sadıxlı 33 saylı Xətai dairəsindən qatılıb.

Mərkəzi Seçki Komissiyasının 7 yanvar hesabatına görə, parlament seçkisinə 2330 iddiaçı qatılıb, onların 557-si rəsmən qeydə alınıb.

Mərkəzi Seçki Komissiyası 20 partiyanın səlahiyyətli nümayəndələrini rəsmiləşdirib: Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası.

Turizm göstəriciləri

  • 08 Yanvar 2020
  • comments

Valyuta ehtiyatı 632,3 milyon dollar artıb

  • 08 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Tbilisidə ev neçəyədir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

Son materiallar

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Tbilisidə ev neçəyədir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda