• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadi artım nədən yavaşıyır?

  • 08 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Dünya Bankı yeni hesabatında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempini 2020-ci il üçün 2,3 faiz, 2021-ci il üçün 2,1 faiz göstərir. İqtisadçı alim Qubad İbadoğlu bununla bağlı şərhində qeyd edir ki, proqnoz Dünya Bankının 2019-cu ilin iyun ayındakı rəsmi açıqlamasından kəskin fərqlənir: “Həmin vaxt Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 3,7 faiz artacağını bildirmişdi”.

Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, yaxın illərdə neft hasilatının azalması iqtisadi artıma təsir göstərən əsas amillərdən olacaq: “İkincisi, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində təşəbbüslər və dövlət dəstəyi iqtisadi azadlıqların və müstəqil məhkəmə hakimiyyətinin təminatı ilə müşahidə edilmədiyindən effekt vermir. Struktur islahatlarının ləngiməsi, sağlam rəqabət imkanlarının dövlətin dəstəklədiyi təbii inhisarlar və siyasi elitanın himayə etdiyi özəl bölmə vasitəsilə sıradan çıxarılması qeyri-neft sektorunun inkişaf perspektivlərini tutqun göstərir.

Bununla yanaşı qeyri-neft sektoru idxalı əvəz edə bilmədiyi üçün idxal mallarına tələbat getdikcə artır, maliyyə hesablarının profisiti, xarici ticarət balansının müsbət saldosu azalır.

Üçüncüsü, müxtəlif mənbələrdən iqtisadiyyata kapital qoyuluşları ildən ilə azalır, xaricdən birbaşa sərmayələr aşağı düşür.

Nəhayət, illərdən bəri həllini gözləyən gizli iqtisadiyyat, inhisarçılıq və korrupsiya kimi problemlərin davam etməsi, həm də bu səbəblərdən beynəlxalq və regional iqtisadi inteqrasiyadan faydaların azalması iqtisadi artımı yavaşıdır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ötən il dekabrın 26-da keçirdiyi mətbuat konfransında deyib ki, hökumət 2020-ci ilə 3 faiz, 2021-ci ilə 3,7 faiz, 2022-ci ilə 3,1 faiz, 2023-cü ilə 3,2 faiz iqtisadi artım proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə əvvəlki ilin 11 ayı ilə müqayisədə 2,1 faiz çox ÜDM istehsal edilib.

2016-cı ildə Azərbaycanda ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1 faiz düşüb.

2017-ci ildə 0,2 faizlik, 2018-ci ildə 1,4 faizlik artım olub.

Dörd ildə manatı qorumağa 21,6 milyard dollar gedi...

  • 08 Yanvar 2020
  • comments

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti

  • 08 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda