Novator.az yenidən “Avroviziya 2020” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər salıb. Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır. Yanvarın 8-dək onların 7-si təmsilçisini müəyyənləşdirib:
Albaniya – Arilena Ara
Avstriya – Vinsent Bueno
Belçika – “Huverfonik” qrupu
Bolqarıstan – Viktoriya Georgiyeva
Gürcüstan – Tornike Kipiani
İspaniya – Blas Kanto Moreno
Kipr – Alessandro Rütten (Sandro Nikolas).
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.
Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri götürüb.
2013-cü ildə Fərid Məmmədov 2-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova 26 nəfərlik finala çıxa bilməyib.