41-dən 7-si
Novator.az yenidən “Avroviziya 2020” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər salıb. Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır. Yanvarın 8-dək onların 7-si təmsilçisini müəyyənləşdirib: Albaniya – Arilena Ara Avstriya – Vinsent Bueno Belçika – “Huver...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri
Yanvarın 8-də prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib. Bu təyinata qədər Anar Quliyev sədrin birinci müavini idi. Anar Quliyevi qəbul edən prezident İlham Əliyev deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndir...
Valyuta ehtiyatı 632,3 milyon dollar artıb
Mərkəzi Bankın rəsmi hesabatına görə, 2020-ci il yanvarın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 258 milyon dollara çatıb. Novator.az bildirir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 632,3 milyon dollar çoxdur. Ötən il yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı. 2009-...
Müsavatın 6 namizədi qeydə alınıb
Fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılan Müsavat Partiyasının hələlik 6 namizədi rəsmən qeydə alınıb. Yanvarın 8-də partiyanın mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, Müsavatın ümumilikdə 75-ə yaxın namizədi qeydiyyat üçün tələb olunan sənədləri dairə seçki komissiyalarına təhv...
Turizm göstəriciləri
Dövlət Turizm Agentliyi statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ildə Azərbaycana səfər edən xaricilərin sayı 2018-ci illə müqayisədə 11,4% artaraq 3 milyon nəfəri ötüb: “Avropa ölkələrindən gələnlərin sayı 224 min nəfər olub, bu da 2018-ci ilə nisbətdə 14,7% çoxdur. Bö...
Şəhid əsgər dəfn edildi
Şəhid əsgər Fərzəli Fərzəliyev yanvarın 8-də dəfn edilib. Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, sərhədçi əsgər yanvarın 7-də Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açdığı snayper atəşi ilə öldürülüb. AZƏRTAC xəbər verir ki, Fərzəli Fərzəliyev yanvar...
Sosial sığortada nələr dəyişsin?
İqtisadçı Rövşən Ağayev sosial sığorta qanununa dəyişikliklər təklif edir. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, qanunun 14.5.6-cı maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı ...
Reportyorlar (55)
Firuzə Davudqızı *** …Azər həmkarı Yusiflə birlikdə xarici ölkələrdən birində ezamiyyətdə idi. Çəkiliş aparıb, material topladıqdan sonra səhər Rusiyaya yola düşməli idilər. Otelə qayıtmazdan əvvəl yaxınlıqdakı restoranların birinə şam yeməyinə getdilər. Yusif aradan keçən bu müddətdə Azərin d...
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 8 yanvar hesabatına görə, fonda 106,9 milyon manat toplanıb. Bir ildə 10,5 milyon manatlıq artım qeydə alınıb. 2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat daxil olmuşdu. 2002-ci ildə yaradılmış Silahlı Qüvvə...
İqtisadi artım nədən yavaşıyır?
Dünya Bankı yeni hesabatında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempini 2020-ci il üçün 2,3 faiz, 2021-ci il üçün 2,1 faiz göstərir. İqtisadçı alim Qubad İbadoğlu bununla bağlı şərhində qeyd edir ki, proqnoz Dünya Bankının 2019-cu ilin iyun ayındakı rəsmi açıqlamasından kəskin fərqlənir:...
Dörd ildə manatı qorumağa 21,6 milyard dollar gedib
Dövlət Neft Fondu Mərkəzi Bankın 2019-cu ilin dekabr ayında keçirdiyi valyuta hərraclarında 886,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi açıqlama yanvarın 8-də yayılıb. Novator.az bildirir ki, 2019-cu ildə Dövlət Neft Fondu manatın qorunması üçün 6 milyard 593,7 milyon dollar sərf ...
Bölgələrin kredit statistikası
Novator.az bölgələr üzrə kredit göstəricilərinə nəzər salıb. Mərkəzi Bankın hesabatına görə, paytaxt Bakıda 11 milyard 854,2 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 743,2 milyon manat Gəncə-Qazax – 608,9 milyon manat Abşeron – 539,8 milyon manat Lənkəran ...
Kredit, əmanət, problemli kredit
Mərkəzi Bankın son rəsmi hesabatında 2019-cu il dekabrın 1-nə kreditlərin məbləği 14 milyard 745,6 milyon manat, əmanətlərin həcmi 8 milyard 681,5 milyon manat göstərilir. Novator.az bildirir ki, açıqlamaya əsasən, 2019-cu il dekabrın 1-nə 1 milyard 410,4 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit q...
Azərbaycan nefti 70 dollardan bahadır
London birjasında brent markalı neftin barreli 68,12 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 63,50 dollara satılır. Xəbəri yanvarın 8-də Energetika Nazirliyi yayıb. Novator.az bildirir ki, Azərbaycan nefti “AzəriLayt”ın barrelinə 70,04 dollar qiymət qoyulub. Azərbaycanın 2020-ci il ...
Ucuzluq və sabitlik
Yanvarın 8-də avronun rəsmi məzənnəsi 1,8952 manata düşüb. Novator.az-ın məlumatına görə, həmçinin Rusiya rublu (0,0274 manat) və Türkiyə lirəsi (0,2848 manat) ucuzlaşıb. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7, Gürcüstan larisini 0,5947 manat həddində saxlayıb (Valyutalar). 2015-ci ilin devalvasiya...
Təyyarə qəzası
İranın paytaxtı Tehrandan Ukraynanın paytaxtı Kiyevə uçan sərnişin təyyarəsi yanvarın 8-i səhər tezdən qəzaya uğrayıb. Novator.az-ın məlumatına görə, Tehranın beynəlxalq aeroportundan qalxandan az sonra yerə düşən “Boinq 737” təyyarəsində 176 nəfər (167 sərnişin, 9 heyət üzvü) varmış. Onların hamısı...
Sərhədçi əsgər şəhid olub
Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 7-də atəşkəs rejimini kobud surətdə pozub, sərhədçi əsgər Fərzəliyev Fərzəli Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmənin açdığı snayper atəşi ilə öldürülüb. Dövlət Sərhəd Xidmətinin rəisi ...