• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təhsil sahəsində yeni qurum

  • 30 Dekabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət başçısı İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirməyə fərman verib. Novator.az bildirir ki, sənədə görə, Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən formalaşacaq.

Nazirlər Kabineti dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görməli, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir.

Təhsil Nazirliyi agentliyin strukturunu, işçilərinin say həddini və əmək haqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiqləməlidir.

Nizamnaməsinə əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir, Təhsil Nazirliyinə tabedir.

Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti beş üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini (sədr və sədr müavini daxil olmaqla) təhsil naziri vəzifəyə təyin edir.

Agentliyin nizamnamə fondu 100 min manatdır.

Neft Fondunun büdcəsi rəsmiləşib

  • 30 Dekabr 2019
  • comments

Valyutaların 2019-u

  • 30 Dekabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda