Mərkəzi Bank dekabrın 29-da heç bir valyutanın kursunu yeniləməyib. ABŞ dolları banklara 1,7, avro 1,9001, Gürcüstan larisi 0,5936, Rusiya rublu 0,0273, Türkiyə lirəsi 0,2857 manata təklif olunur.
Novator.az bildirir ki, dolların rəsmi qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Avro 2019-cu ildə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla start götürüb.
25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may, 24 iyul-5 avqust, 14 avqust-28 dekabr arası avro 1 manat 90 qəpikdən ucuz satılıb.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 707,4 milyon ABŞ dolları məbləğində vəsait sərf edib.