• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb

  • 28 Dekabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 28-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yayıb. Açıqlamada 29 oktyabr 2019-cu ildə Bakıda hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə başlanmış cinayət işinin Nəsimi Rayon Polis İdarəsində istintaq olunduğu xatırladılır: “2019-ci il oktyabrın 29-da çağrı nömrəsi “9933” olan “A taksi” şirkətində taksi sürücüsü işləyən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə saat 17:22-də Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində sola dönərkən Puşkin küçəsindəki piyada keçidi ilə yolu keçən Oqtay Gülalıyevi ehtiyatsızlıqdan vuraraq onun ağır dərəcəli bədən xəsarəti almasına səbəb olması müəyyən edilib. Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameralarında qeydə alınmış görüntülərin hadisədən dərhal sonra kütləvi informasiya vasitələrinə təqdim edilməsinə, hadisə barədə oktyabrın 30-da və oktyabrın 31-də ictimaiyyətə ətraflı rəsmi məlumatlar verilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri hadisənin guya qəsdən törədilməsi ilə bağlı əsassız məlumatlar yayıb.

Həmin məlumatlar aparılmış istintaqla sübuta yetirilmədiyindən qəti şəkildə təkzib olunur.

İstintaq zamanı müəyyən edilib ki, Oqtay Gülalıyev hadisə yerindən tamamilə kənarda, Xətai rayonu ərazisində yaşayır və oktyabrın 29-da hadisə yerinə şəxsiyyəti istintaqa məlum olan tanışı ilə görüşmək məqsədilə ilə gəlib, həmin marşrutdan gündəlik və ya daimi istifadə etməyib.

Həmçinin müəyyən edilib ki, sürücü Kənan Abdullayev sentyabr ayından etibarən Nizami küçəsində fəaliyyət göstərən hazırlıq kursundan qonşusunun övladını saat 17:30-da götürmək üçün həmin istiqamətdə hər gün hərəkət edib.

Hadisədən əvvəl təxminən 2 saat ərzində sürücü Kənan Abdullayevin və Oqtay Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücü Kənan Abdullayevin Oqtay Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut “Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə tam müəyyən edilib. Məlumatlardan görünür ki, onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olub, hərəkət istiqamətləri hadisədən əvvəl heç bir halda kəsişməyib, sürücünün Oqtay Gülalıyevi güdməsi, izləməsi halları müəyyən edilməyib.

Bakı Nəqliyyat Agentliyindən verilmiş məlumata əsasən, həmin vaxt yaranan tıxaclar nəzərə alınmaqla sürücü Kənan Abdullayev zərərçəkmiş şəxsi ən optimal marşrut üzrə saat 18:16-da 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıb.

İstintaq zamanı sürücü Kənan Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar əməliyyat yolu ilə toplanıb. Müəyyən edilib ki, o, 1984-cü ildə Mingəçevir şəhərində anadan olub, 2009-cu ildə işləmək məqsədilə Bakı şəhərinə gəlib, 2019-cu ilin iyun ayından Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlayıb. Ailəlidir, bir övladı var. Əvvəllər məhkum olunmayıb.

Aidiyyəti dövlət qurumlarının apardığı əməliyyat tədbirləri nəticəsində Kənan Abdullayevin həyat tərzi ilə bağlı hər hansı şübhəli məqamların, zərərçəkmiş şəxs Oqtay Gülalıyevlə əvvəllər tanışlığının, ədavətinin olmaması müəyyən edilib, eləcə də sonuncunun hadisədən əvvəl izlənməsi, təqib edilməsi və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar, xüsusilə Oqtay Gülalıyevin olduğu yerin hər hansı kənar şəxs vasitəsilə telefon və ya internet vasitəsilə sürücü Kənan Abdullayevə bildirilməsi fərziyyəsi istintaqla təsdiq olunmayıb.

Bu və digər hallar üzrə, o cümlədən zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması hissəsində istintaq tədbirləri davam etdirilir.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxsin məhkəmə məsuliyyətinə verilməsi təmin ediləcək”.

Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

Hüquq müdafiəçisi 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.

Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqib olunur.

2019-cu il oktyabrın 29-u avtomobillə vurulandan sonra Oqtay Gülalıyevə Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib. Ardınca Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada əməliyyat olunub.

Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub, noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb və noyabrın 20-də əməliyyat olunub.

Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Oqtay Gülalıyevin durumu

Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib

Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü

Oqtay Gülalıyev İstanbula aparıldı

Oqtay süni nəfəs aparatından çıxarılıb

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay əməliyyat olundu

Oqtay Gülalıyev palataya köçürülüb

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

Komada olan hüquq müdafiəçisi gözünü açıb

Birinci vitse-prezidentlər bəlli oldu

  • 28 Dekabr 2019
  • comments

Sevgilərimin zirvəsi

  • 28 Dekabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda