• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni ittiham

  • 27 Dekabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Həbsdə olan jurnalist Polad Aslanova əlavə ittiham irəli sürülüb.

Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasına görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.

Polad Aslanov bu ittihamı qəbul etmir. Onun müdafiəçiləri indiyədək bir neçə dəfə bəyan ediblər ki, jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür.

Jurnalistə əlavə ittiham irəli sürüldüyünü həyat yoldaşı Gülmira Aslanova mediaya açıqlayıb.

“Azadlıq” radiosu xəbər verir ki, Polad Aslanov Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə də ittiham olunur.

Yeni ittihama görə, Polad Aslanov saytlardan birinin əməkdaşını hədələyib.

Gülmira Aslanova deyib ki, həmin şəxsin kimliyi ona məlumdur, amma istintaq davam etdiyinə görə açıqlamır.

Polad Aslanov barəsində seçilmiş həbs qətimkan tədbiri gələn il fevralın 12-də bitir.

Qazaxıstanda təyyarə qəzası

  • 27 Dekabr 2019
  • comments

Baxışlının şikayətinə necə baxılır?

  • 27 Dekabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda