Dövlət başçısı İlham Əliyev təltif sərəncamları imzalayıb. Kənd təsərrüfatı sahəsində çalışan Abbasov Vaqif Qurban oğlu, Qədimov Fuad Tahir oğlu, Qurbanov Mürsəl Bakir oğlu, Mustafayev Mehman Xancan oğlu, Soltanov Şakir Soltan oğlu 1-ci dərəcəli “Əmək” ordeni alıblar.
Abasov Qurban İsmayıl oğlu, Babaşov Qurbanəli Şahvələd oğlu, Cəfərov Arif Məmməd oğlu, Fərzəliyev Hatif Şahsuvar oğlu, Hüseynov İsrayıl İsa oğlu, İbrahimov İlyas Aslan oğlu, Qurbanov İlkin Fərman oğlu, Mahmudov Mahmud Bayram oğlu, Məmmədov Əmir Əli oğlu, Mürşüdov İsa Əli oğlu, Nağıyev Muxran Engilis oğluna 2-ci dərəcəli “Əmək” ordeni verilib.
3-cü dərəcəli “Əmək” ordeninə bu şəxslər layiq görülüb: Cavadov Ərşah Cavad oğlu, Dadayeva Ayparə Şaban qızı, Əhmədov Etibar Lətif oğlu, Əliyev Afiq Rəcəb oğlu, İsayev Qalib Baləhməd oğlu, Məmmədov Nizami Qulu oğlu, Mustafayev Şahin Mirzərəhim oğlu, Poladov Mövlan Qadaş oğlu, Salmanov İsa Ələkbər oğlu, Tağıyev Elqam Qənbər oğlu, Yusifov Asif Adıgözəl oğlu.
Digər sərəncam Dövlət Neft Fondunun 20 illiyi ilə əlaqədardır. Fondun işçisi Məmmədov Rauf Əhmədoviç 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
“Tərəqqi” medalı alan şəxslər bunlardır: Ağayeva Səidə Ramis qızı, Bəhramov Bəhruz Fərman oğlu, Cavadov Rövşən Nazim oğlu, Əliyeva Cəmalə Araz qızı, İbrahimov Zaur Seyfulla oğlu, Kərimova Lamiyyə Ədalət qızı, Manafov İsmayıl Samud oğlu, Məmmədov Rəhim Fikrət oğlu, Mustafayev Rasim Vaqif oğlu, Mustafayeva Çəməngül Bahadur qızı, Pşeniçnıy Vadim Aleksandroviç, Zeynalov Allahverdi Nəriman oğlu.