• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dördüncü dairə

  • 25 Dekabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə 36 saylı Xətai dairəsindən namizəd olur. Bu, siyasətçinin dördüncü dairəsidir.

Novator.az bildirir ki, Qüdrət Həsənquliyev indiyədək üç müxtəlif seçki dairəsindən Milli Məclisə mandat alıb. Parlamentə ilk dəfə 2003-cü ildə keçirilən əlavə seçkidə 69 saylı İsmayıllı dairəsindən düşən Qüdrət Həsənquliyev 2005-ci ildə 97 saylı Goranboy Ağdam-Tərtər dairəsindən, 2010 və 2015-ci illərdə 7 saylı Ordubad-Culfa dairəsindən deputat seçilib.

1965-ci ildə Culfanın Əbrəqunus kəndində doğulan Qüdrət Həsənquliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi olub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının əsası 2002-ci ildə qoyulub.

Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Ancaq prezident İlham Əliyev dekabrın 5-də Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar seçki təyin edib.

Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Sənədlər 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.

Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

Mərkəzi Seçki Komissiyası parlament seçkisinə qatılan Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

Komada olan hüquq müdafiəçisi gözünü açıb

  • 25 Dekabr 2019
  • comments

Qəzetlərə maliyyə: 19 istiqamət, 3 kateqoriya

  • 25 Dekabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda