Dekabrın 24-də ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0273 manat) rəsmi məzənnələri sabit qalıb.
Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronun kursunu 1,8850, Türkiyə lirəsini 0,2858 manata endirib.
Dəyər artıran Gürcüstan larisi isə banklara 0,5964 manata təklif olunur (Valyutalar).
Dolların rəsmi qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 707,4 milyon ABŞ dolları məbləğində vəsait satıb.