• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə qərar verdi

  • 24 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Dekabrın 24-də Binəqədi Rayon Məhkəməsi Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin müraciəti üzrə qərar çıxarıb. Mustafa Hacıbəyli Novator.az-a deyib ki, məhkəmə onun məhkumluğunu götürməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib. Cəzanın 2 ili sınaq müddətidir.

Cinayət Məcəlləsinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətinin azı yarısı keçdikdən sonra öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğvi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.

Müsavat Partiyası 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində Mustafa Hacıbəylini 31 saylı Suraxanı seçki dairəsindən namizəd göstərib. Məhkumluğu olan şəxsin seçkiyə qatılması yasaqdır. Buna görə Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkumluğunun götürülməsini istəyib.

Binəqədi Rayon İcra və Probasiya Şöbəsi məhkəmə sorğusuna cavabında qeyd edib ki, 2 illik sınaq müddətinin yarısı keçmədiyi üçün məhkumluğun götürülməsi barədə qərar qəbul edilə bilməz. Dövlət ittihamçısı da eyni arqumenti gətirərək məhkumluğun götürülməsinə qarşı çıxıb.

1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytını 2015-ci ildə yaradıb.

Onun şərti həbs cəzası Gəncə işi ilə bağlıdır.

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Açıqlamada “Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.

Mustafa Hacıbəylinin işi məhkəməyə gedir

ABŞ səfirliyində görüş

Mustafa Hacıbəyli nəzarətə götürüldü

Mustafa Hacıbəylinin məhkəməsi başlayır

Mustafa Hacıbəylinin məhkəməsi: vəsatət təmin olunmadı

Baş redaktorun məhkəməsi: jurnalistlər ifadə veriblər

Baş redaktorun məhkəməsi davam edir

Mustafa Hacıbəyliyə hökm oxundu

Mustafa Hacıbəyliyə bəraət verilmədi

Baş redaktor beynəlxalq tədbirə buraxılmayıb

Bastainfo.com saytı yeni problemlə üzləşib

Mustafa Hacıbəylinin şikayətinə baxılıb

Mustafa seçkidən kənarda qalır?

Dünya Ticarət Təşkilatına üzvlük kimə sərf eləmir?

  • 24 Dekabr 2019
  • comments

Tibbi sığorta yenilikləri rəsmiləşdi

  • 25 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda