• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şotlandiya yenə üz çevirir

  • 20 Dekabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Şotlandiya yenidən müstəqillik referendumuna getmək istəyir. Novator.az-ın məlumatına görə, Şotlandiyanın birinci naziri, Şotland Milli Partiyasının lideri Nikola Stercen Böyük Britaniyanın baş naziri Boris Consona məktubunda referendumun 2020-ci ildə keçirilməsinə icazə verilməsi tələbi qoyub.

Nikol Stercen qeyd edib ki, Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə razılaşmadığı üçün müstəqil dövlət olmağa məhkumdur.

2016-cı il iyunun 23-ü Böyük Britaniyada keçirilmiş referendumda seçicilərin 51,9%-i ölkənin Avropa İttifaqından ayrılmasına səs verib. Bu ayrılıq 2020-ci il yanvarın 31-də rəsmiləşməlidir. Şotlandların 62 faizi 2016-cı il referendumunda Avropa İttifaqında qalmağa tərəfdar olub.

1707-ci ildən İngiltərə ilə ittifaqda olan Şotlandiya 1997-ci ildə muxtariyyət əldə edib, öz parlamenti və hökuməti var.

Uels və Şimali İrlandiya da Böyük Britaniyaya daxildir.

2014-cü il sentyabrın 18-də Şotlandiyada ilk müstəqillik referendumu olub, seçicilərin 55,4%-i Böyük Britaniyanın tərkibində qalmağı üstün bilib.

Böyük Britaniya parlamentinin aşağı qanadı olan İcmalar Palatasına dekabrın 12-də keçirilmiş növbədənkənar seçkidə hakim Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında 365 mandata sahib olub, ana müxalifət – Leyboristlər Partiyası 202 mandat götürüb.

Şotland Milli Partiyası parlamentə 48 mandatla keçib.

23 iyun 2016-cı il referendumundan sonra Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

2019-cu ilin iyun ayında Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib, baş nazir kürsüsündən ayrılıb. Bunun ardınca Boris Conson Mühafizəkarlar Partiyasının lideri seçilib və baş nazirliyə başlayıb.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Böyük Britaniya Avropa İttifaqından bu ilin martında ayrılmalı idi. Əvvəl müddət oktyabrın sonunadək uzadılıb, sonra məsələnin 2020-ci il yanvarın 31-nə qaldığı açıqlanıb.

“Evlilik və əxlaq”, “Aktyor və rejissor sənəti”, “...

  • 20 Dekabr 2019
  • comments

Seçki gedir

  • 23 Dekabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda