• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rasim Mövsümzadə beynəlxalq müsabiqədə gümüş medal aldı

  • 19 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Moskvada idman jurnalistlərinin “Energiya pobed” ənənəvi müsabiqə-festivalına yekun vurulub. Azərbaycanlı jurnalist Rasim Mövsümzadə (Mövsümov) beynəlxalq müsabiqənin əcnəbi rusdilli kütləvi informasiya vasitələri arasında “Ən yaxşı yazı” nominasiyasında 2-ci yeri tutaraq gümüş medalla təltif olunub.

Novator.az-a danışan Rasim Mövsümzadə deyib ki, “Sportsman” jurnalında çıxan “Məlum və naməlum Qullit” yazısı medala layiq görülüb: “Həmin yazıda futbolla bağlı uşaqlıq xatirələrim, ötən əsrin 80-ci illərinin sovet mətbuatı, həmçinin nüfuzlu “Qızıl top” mükafatı və məşhur niderlandlı futbolçu Ruud Qullit barədə faktlar yer alıb.

“Qazprom” şirkətinin dəstəyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışmaya Rusiya regionlarından və xarici ölkələrdən müxtəlif nominasiyalar üzrə 305 jurnalist qatılmışdı. Son bir il ərzində işıq üzü görmüş işlərin qəbul edildiyi müsabiqənin münsiflər heyətinin sədri məşhur idman şərhçisi Viktor Qusev idi.

Laureatların mükafatlandırılması mərasimi Moskvada – “Krasnı Oktyabr” art-klasterində keçirildi. Qalib və mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.

“Energiya pobed” müsabiqə-festivalı ilk dəfə 2011-ci ildə təşkil edilib. İndiyədək yarışmaya Rusiya və yaxın və uzaq xaricin 20 ölkəsindən iki mindən çox jurnalist qatılıb”.

Yazıları müxtəlif vaxtlarda Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və başqa ölkələrdə nəşr olunan Rasim Mövsümzadə həmçinin “Bir qolun tarixçəsi” kitabının müəllifidir. O, 2007-ci ilin fevralında Rusiyanın “Ves futbol” jurnalının dünya futbol çempionatlarının tarixinə həsr edilən çətin viktorinasının qalibi olub.

Rasim Mövsümzadə 2013-cü ildə Türkiyədə “İlin ən yaxşı əcnəbi idman yazarı” nominasiyasında “Futbol Oskarı” mükafatına, 2015-ci ildə “Sportsman” jurnalının “İlin idman jurnalisti” nominasiyasında “Zəfər” mükafatına layiq görülüb.

Məzənnələr

  • 19 Dekabr 2019
  • comments

Sərmayə hara gedir?

  • 19 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • İdman
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda