Novator.az 2020-ci ilin dövlət büdcəsinin gəlir mənbələri və xərc istiqamətlərinə nəzər salıb.
Gəlir proqnozu 24 milyard 134,5 milyon manatdır. Büdcədə bu gəlir mənbələri yer alır:
Dövlət Neft Fondundan daxilolma – 11 milyard 350 milyon manat
əlavə dəyər vergisi – 4 milyard 735 milyon manat
hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 2 milyard 656,5 milyon manat
fiziki şəxslərin gəlir vergisi – 1 milyard 175 milyon manat
aksizlər – 1 milyard 49 min manat
gömrük rüsumları – 950 milyon manat
büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolma – 839,5 milyon manat
sadələşdirilmiş vergi – 380 milyon manat
Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar – 220 milyon manat
hüquqi şəxslərin əmlak vergisi – 211 milyon manat
dövlət rüsumu – 190 milyon manat
mədən vergisi – 134,5 milyon manat
yol vergisi – 121 milyon manat
hüquqi şəxslərin torpaq vergisi – 45 milyon manat
dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar – 8 milyon manat
dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar – 8 milyon manat
səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər – 2,8 milyon manat
xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar – 2,4 milyon manat
sair daxilolmalar – 56,8 milyon manat.
Dövlət büdcəsinin xərcləri 26 milyard 894,7 milyon manat səviyyəsində rəsmiləşib. Xərc istiqamətləri belədir:
iqtisadi fəaliyyət – 5 milyard 602,4 milyon manat
ümumi dövlət xidmətləri – 4 milyard 9,6 milyon manat
müdafiə və milli təhlükəsizlik – 3 milyard 853,5 milyon manat
sosial müdafiə və sosial təminat – 3 milyard 244,5 milyon manat
təhsil – 3 milyard 155,7 milyon manat
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1 milyard 970,4 milyon manat
səhiyyə – 1 milyard 369 milyon manat
kənd təsərrüfatı – 920,9 milyon manat
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 441,9 milyon manat
ətraf mühitin mühafizəsi – 279,8 milyon manat
mənzil və kommunal təsərrüfatı – 249,1 milyon manat
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 797,2 milyon manat.