• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orta maaş 614 manatı ötüb

  • 18 Dekabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 18-də Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 72,9 milyard manatlıq və ya əvvəlki ilin 11 ayı ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda 0,2 faiz artıb.

ÜDM-in 41,5 faizi sənaye, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi tikinti, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 16,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizi həcmində rəsmiləşib.

Adambaşına ÜDM 7357,8 manat göstərilir.

Hesabata əsasən, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz artıb.

Nəqliyyat sektorunda yük daşınmasının 1,6 faiz, sərnişin daşınmasının 2,5 faiz yüksəldiyi, informasiya və rabitə xidmətlərinin həcminin dəyər ifadəsində 15,9 faiz artdığı vurğulanır.

Qeyd olunur ki, yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manata çatıb.

11 ayda əhalinin gəlirlərinin nominal ifadədə 7,4 faiz artaraq 50,8 milyard manata yüksəldiyi xəbər verilir.

Maliyyə Nazirliyinin məlumatına əsasən, yanvar-noyabr aylarında dövlət büdcəsinə 21 milyard 132,2 milyon manat vəsait daxil olub, büdcədən 20 milyard 175,3 milyon manat vəsait xərclənib, 956,9 milyon manatlıq artıqlıq yaranıb.

Noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 445,8 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 811,1 milyon manat olub.

Valyutaların yönü

  • 18 Dekabr 2019
  • comments

10 ayda 14 min 281 boşanma

  • 18 Dekabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda