Dekabrın 17-də avronun rəsmi məzənnəsi 1,8950 manata yüksəlib.
Novator.az-ın məlumatına görə, Rusiya rublu da bahalaşıb: 0,0272 manat.
Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, dəyər itirən Gürcüstan larisinə 0,5896, Türkiyə lirəsinə 0,2906 manat qiymət qoyub (Valyutalar).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb. Dolların indiki qiyməti isə 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 707,4 milyon ABŞ dolları məbləğində vəsait satıb.